AZ

Gəncədə keçiriləcək Avropa Kubokunda 11 ölkə yarışacaq

Gəncədə yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa Kubokunda çıxış edəcək ölkələrin sayı bəlli olub.

Fanat.Az xəbər verir ki, turnirdə 11 ölkə - Azərbaycanla yanaşı, Qazaxıstan, Gürcüstan, ABŞ, Fransa, Polşa, Portuqaliya və Tacikistan iştirakını təsdiqləyib.

Aprelin 4-5-də gerçəkləşəcək yarışda 100-dən çox cüdoçunun iştirakı nəzərdə tutulub.

Gəncə İdman Sarayında təşkil olunacaq Avropa Kubokunda yeniyetmə cüdoçular 16 çəki dərəcəsində (8 oğlan, 8 qız) mübarizə aparacaqlar.

Seçilən
0
1
fanat.az

2Mənbələr