AZ

Növbəti köç karvanı Xocavəndə çatdı -

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.Metbuat.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 64 ailə olmaqla, 253 nəfər köçürülüb. 12:29
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.Metbuat.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə növbəti köç karvanı ilə 64 ailə olmaqla, 253 nəfər yola salınıb.Köç edənlər respublikanın müxtəlif yerlərində - əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
3
22
metbuat.az

10Mənbələr