AZ

Ermənistanda hakimiyyət dəyişsə, müharibə olacaq? ŞƏRH

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda hakimiyyət dəyişikliyi və Nikol Paşinyanın postunu tərk etməsi müzakirə mövzusudur. Belə bir vəziyyət Azərbaycanla münasibətlərə birbaşa təsir göstərə, yeni hakimiyyətin mövqeyindən asılı olaraq danışıqlar prosesinə çətinlik yarada bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Ermənistanda hakimiyyətin dəyişmə ehtimalı hazırda aşağı görünür, hərçənd müxalifət cəbhəsində son zamanlar aktivlik müşahidə olunur. "Xüsusilə Rusiyanın dəstəyi və kilsənin dəstəyi ilə müxalifətin vahid namizəd irəli sürəcəyi ehtimalı gündəmdədir. Bu, Paşinyan üçün seçki müddəti ərzində arzuolunmaz bir haldır, amma hələ seçkiyə kifayət qədər vaxt qaldığı üçün müxalifətin şansları müəyyən qədər arta bilər".Politoloq bildirib ki, mövcud vəziyyət nəzərə alınarsa, Paşinyanın tutumu və sərgilədiyi mövqe onun reytinqlərini artıran əsas amillərdəndir. "O, Azərbaycanla sülh və normallaşma prosesində fəal iştirak edir, Rusiyaya məsafəli davranaraq qərbə yaxınlaşır və Amerika ilə münasibətləri inkişaf etdirir. Seçki yaxınlaşdıqca reytinqlərdə müəyyən dəyişikliklər, xüsusilə lobbi və diaspor fəaliyyəti ilə Paşinyanın göstəriciləri aşağı göstərilə bilər, lakin hazırda o, seçkiyə hazırdır, faktlarla dəstəklənmiş proqramını təqdim edir və xalqın dəstəyini almağa çalışır. Ehtimal ki, Paşinyan məğlub olsa və hakimiyyət revanşistlərin əlinə keçsə, bu vəziyyət sülh prosesinə mənfi təsir göstərə bilər. Revanşistlər hakimiyyətə gəlsələr, prosesin dayandırılması yox, uzanması, əvvəlki illərdə olduğu kimi tədricən ləngiməsi ehtimal olunur ki, bu da sülhün inkişafına zərbə ola bilər. Gərginliyin artması istənməsə də, tam istisna deyil. Bu baxımdan, Azərbaycan üçün Paşinyanla danışıqlar aparmaq daha məqbuldur, əks halda, revanşist hakimiyyətlə uğurlu dialoq qurmaq çətinləşir".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr