AZ

Pentaqon rəhbəri ətrafında "insayder ticarəti" qalmaqalı: FT-nin iddiasına təkzib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Financial Times (FT) nəşri ABŞ-nin Müdafiə naziri Pit Heqsetin brokerinin İranla qarşıdurma ərəfəsində müdafiə sənayesinə milyonlarla dollar investisiya yatırmağa çalışdığını iddia edib. 

Məlumata görə, "Morgan Stanley" brokeri "BlackRock" şirkətinə müraciət edərək hərbi fondlardan səhm almaq istəsə də, texniki səbəblərdən sövdələşmə baş tutmayıb.

Müdafiə nazirinin köməkçisi Şon Parnell bu xəbəri qəti şəkildə təkzib edib. O, bu iddiaları "əsassız və vicdansız şər-böhtan" adlandıraraq nəşrdən rəsmi təkzib tələb edib. Hazırda tərəflər arasında "insayder ticarəti" ittihamı ilə bağlı gərginlik davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr