AZ

İnfantinodan İranla bağlı vacib açıqlama: "Yalnız A planı var"

FİFA prezidenti Canni İnfantino İran milli komandasının ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "El Financiero"-ya açıqlamasında belə deyib: 

"Bu gün dünya mürəkkəb geosiyasi mühitdə yaşayır və biz buna nəzarət edə bilmirik. Lakin bizim işimiz insanları bir araya gətirmək, onlara birlik hissi vermək, sülh və futbol bayramı atmosferi yaratmaqdır. 
İran millisinin hazırda üzləşdiyi çətin vəziyyəti başa düşürük və vəziyyəti lazımi şəkildə qiymətləndiririk. İşlərimizi davam etdiririk və mundial oyunları zamanı komandanın rahat şəraitdə olmasını təmin etmək üçün hər cür səy göstərəcəyik. Heç bir ehtiyat planını nəzərdən keçirmirik - yalnız A planımız var".

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində keçiriləcək və ABŞ, Kanada və Meksikanın 16 şəhərində keçiriləcək. Turnirdə ilk dəfə olaraq, 48 komanda yarışacaq.

Seçilən
0
1
fanat.az

2Mənbələr