AZ

Patent almaq artıq daha sürətli olacaq KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev “Patent haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

KONKRET.az xəbər verir ki, sənədə əsasən, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması nəzərdə tutulur. Qanuna görə ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12 ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq.

Bundan başqa ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər.

Sənədə əsasən, işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcəklər.

Dəyişiklik ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasını özündə ehtiva edir.

Qanun:

-ölkədə ixtira və patent fəallığını yüksəldəcək;

patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ekspertiza müddəti nəzərəçarpacaq dərəcədə azalacaq;

ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddi vəziyyətinin yaxşlaşması ilə yanaşı sənayedə tətbiq oluna bilən ixtiraların sayının artmasına da müsbət təsir edəcək;

Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəriciləri yaxşılaşacaq;

əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
13
konkret.az

10Mənbələr