AZ

Rusiyada yeni plan: Azərbaycanlıların yolu bağlanır?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkədə tikinti sektorunda çalışan xarici işçilərin nisbətinin cəmi 13–15 faiz səviyyəsində olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki,  Volodin son dövrlərdə sektorda işçi qüvvəsi çatışmazlığı ilə bağlı müzakirələrin artdığını, bu vəziyyətin qismən miqrasiya siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirildiyini bildirib. Lakin mövcud məlumatların, miqrant işçilərin sektordakı payının zənn ediləndən aşağı olduğunu göstərdiyini vurğulayıb.

Volodinin sözlərinə görə, miqrasiya sahəsindəki hüquqi baza böyük ölçüdə tamamlanmış vəziyyətdədir. Bu sahədə 22 federal qanunun qəbul edildiyini xatırladan Duma sədri, əsl həll yolunun ölkə daxilində əmək məhsuldarlığını artırmaqdan və peşələrin cəlbediciliyini yüksəltməkdən keçdiyini söyləyib. İxtisaslı kadrların yetişdirilməli olduğunu dilə gətirən Volodin xarici işçi qüvvəsindən asılılığın qalıcı bir həll yolu olmadığını ifadə edib.

Digər tərəfdən, Hindistan da Rusiyaya işçi qüvvəsi göndərməyə hazır olduğunu bəyan edib. Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Praşant Pize ölkəsinin Rusiyaya daha çox işçi göndərə biləcəyini, lakin bunun Rusiyadakı tələbatdan asılı olduğunu qeyd edib. Buna baxmayaraq, Rusiya rəsmiləri uzunmüddətli perspektivdə həllin yerli işçi qüvvəsini gücləndirməkdən keçdiyi fikrində birləşirlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr