AZ

Millimizin oyunlarının vaxtı - AÇ

Minifutbol millimizin Avropa çempionatının final mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Slovakiyada təşkil olunacaq yarışda millimiz F qrupunda mübarizə aparacaq. Yığmamız ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, Bakı vaxtı ilə saat 16.30-da start götürəcək.

Yığmamızın İtaliya ilə oyunu 29 may, Bakı vaxtı ilə saat 18.45-də, Fransa ilə qarşılaşması isə 30 may, Bakı vaxtı ilə saat 16.15-də başlayacaq.

Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək keçiriləcək.

Seçilən
15
7
football-plus.az

7Mənbələr