AZ

Putin və Paşinyan sabah Moskvada görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.


Manset.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

    Səfər çərçivəsində Baş nazir Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

    Kreml də aprelin 1-də Vladimir Putinin Moskvada işgüzar səfərdə olacaq Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışıqlar aparacağına dair məlumat yayıb, görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb.

    Məlumata görə, Putinin Paşinyanla görüşündə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında əməkdaşlıq, habelə regional gündəmin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı müzakirə olunacaq.

    Seçilən
    28
    4
    manset.az

    10Mənbələr