AZ

SEPAH-ın zabit universiteti VURULDU

İsrail SEPAH-ın əsas hərbi universitetini vurub. 

“Cebheinfo.az” “İran İnternational” - ə istinadən xəbər verir ki, bu yaxınlarda İsrail Hərbi Hava Qüvvələri Tehranda İmam Hüseyn Universiteti kompleksində SEPAH-ın mərkəzi hərbi infrastruktur obyektinə raket zərbəsi endirib. 

Məlumata görə, həmin üniversitetin kompeleksində mülki fəaliyyət adı altında qabaqcıl silahların tədqiqi və inkişafı aparılıb.

Universitetin SEPAH ilə birbaşa əlaqələrinə görə bir neçə ölkə universitetə və onun nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib. 

Universitetə SEPAH-ın yüksək rütbəli zabiti Məhəmməd Rza Həsəni Şahneqar rəhbərlik edir. O, zabitlər yetişdirir və insan resurslarının inkişafına cavabdehdir.

Zərbələr nəticəsində dağıdılmış kompleksdəki hərbi obyektlər də olub. Bu obyektlər ballistik raketlərin sınaqdan keçirilməsi və hazırlanması üçün külək tunelləri, universitetin kimyəvi silahların inkişaf mərkəzi və ballistik raketlərin və digər silahların hazırlanması üçün texnologiya mərkəzidir. 

Seçilən
29
cebheinfo.az

1Mənbələr