AZ

Azərbaycan və Macarıstan aqrar sahədə texnologiya transferini müzakirə edib

Azərbaycanla Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi müzakirə olunub.

"Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədovla Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəliyinin icraçı direktoru Balaj Hendrix və Quraqlığın Qarşısının Alınması İnstitutunun direktoru Laszlo Örloş arasındakı görüşdə aparılıb.

Görüşdə Quraqlığın Qarşısının Alınması İnstitutu ilə nazirliyə məxsus Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin iqlim dəyişikliyinə qarşı mübarizə, su və torpaq idarəçiliyi sahələrində birgə regional və milli layihələrin həyata keçirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

M.Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən TDT çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazir Macarıstan tərəfini Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan "Caspian Agro"nun 2026-cı ildə keçiriləcək sərgisində fəal iştirak etməyə və milli pavilyonla təmsil olunmağa dəvət edib.

Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Seçilən
32
4
far.az

10Mənbələr