AZ

Dünya çempionatına 10 həftə qalmış baş məşqçi qovuldu - FOTO

Qana milli futbol komandasının baş məşqçisi Otto Addo tutduğu vəzifədən azad edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb.
 
50 yaşlı mütəxəssislə yolların ayrılmasına əsas səbəb kimi milli komandanın mart ayında nümayiş etdirdiyi qeyri-qənaətbəxş nəticələr göstərilib.
 
Belə ki, Afrika təmsilçisi keçirdiyi yoldaşlıq matçlarında Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, bu nəticələrlə komandanın ardıcıl məğlubiyyət seriyası dörd oyuna çatıb.
 
Xatırladaq ki, 2024-cü ilin mart ayından etibarən yığmanın sükanı arxasında olan Addo bu il baş tutacaq dünya çempionatına cəmi 10 həftə qalmış postu ilə vidalaşıb. Qana seçməsi ABŞ, Kanada və Meksikanın ortaq təşkilatçılığı ilə keçiriləcək DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Xorvatiya, İngiltərə və Panama yığmaları ilə qüvvəsini sınayacaq.
Seçilən
16
1
moderator.az

2Mənbələr