Martın 31-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.
Pravda.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 253 nəfərdən ibarət 64 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Tarix: 31 Mart 2026, 15:38