AZ

Özbəkistandan Azərbaycana gətirilən arılarda təhlükəli parazit var? RƏSMİ AÇIQLAMA

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son dövrlər Azərbaycana xaricdən, xüsusilə Özbəkistandan gətirilən arı ailələrinin təhlükəli parazitlərə yoluxduğu iddia olunub. Bildirilir ki, sözügedən arılar "Tropilaelaps" adlı gənə ilə yoluxurlar, bu da arı ailələrinin məhv olmasına, eyni zamanda ölkədə arıçılıq təsərrüfatlarına ciddi ziyan vurulmasına səbəb olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətdə saxlanılır.

Qeyd olunub ki, Özbəkistandan bal arılarının idxalı ilə bağlı ölkəyə ilk dəfə müraciət edilib və gətirilən ilk partiya laborator müayinələrə cəlb olunub:

"Aparılan sınaqlar nəticəsində arı nümunələrində hər hansı gənə və ya parazitoloji xəstəlik aşkar edilməyib. Hazırda agentlik tərəfindən qanunamüvafiq prosedurlar icra olunmaqdadır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
oxu.az

1Mənbələr