AZ

31 Mart Soyqırımı: tarixi həqiqətlər və unudulmayan faciə - MƏQALƏ

Tariximizin ən faciəli və qanlı səhifələrindən biri sayılan 31 Mart – Soyqırımı Günü xalqımızın yaddaşında silinməz izburaxmışdır. XX əsrin əvvəllərində baş vermiş bu dəhşətli hadisələr zamanı minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, şəhər və kəndlər viran qoyulmuş, milli-mədəniirsimizə ağır zərbə vurulmuşdur.

Bəşəriyyət tarixində ən ağırcinayətlərdən biri kimi qiymətləndirilən soyqırımı, bütün dövrlərdə sülhə və insanlığaqarşı yönəlmiş ən qəddar əməllərdən hesabolunur. Soyqırımı anlayışı Birləşmiş MillətlərTəşkilatı Baş Assambleyasının qəbul etdiyi“Soyqırımı cinayətinin qarşısının alınması vəcəzalandırılması haqqında” Konvensiyada özəksini tapmışdır. Həmin sənədə əsasən, soyqırımı milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi məqsədilətörədilən cinayət əməllərini ifadə edir. Tarixifaktlar göstərir ki, Azərbaycan xalqı belə ağırcinayətlərlə dəfələrlə üzləşmişdir. Bununbaşlıca səbəblərindən biri isə ermənilərtərəfindən irəli sürülən əsassız “BöyükErmənistan” ideyasının həyata keçirilməsicəhdləri olmuş, bu isə azərbaycanlılara qarşıkütləvi qırğınlar və soyqırımı aktları ilənəticələnmişdir.

XVIII əsrdən başlayaraq tarixiAzərbaycan ərazilərində məskunlaşdırılanermənilər, uydurma “Böyük Ermənistan” planını reallaşdırmaq məqsədilə yerliazərbaycanlı əhaliyə qarşı sistemli şəkildəzorakılıq siyasəti yürütmüş, onları doğmatorpaqlarından sıxışdırıb çıxarmağaçalışmışdır. Nəticədə, minlərlə günahsız insanplanlı şəkildə həyata keçirilən qətliamlarınqurbanına çevrilmişdir. Xalqımıza qarşısoyqırımı siyasəti, kütləvi deportasiyalar, yaşayış məntəqələrinin dağıdılması və tarixitoponimlərin dəyişdirilməsi prosesi XX əsrboyunca da davam etmişdir.

Bununla belə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə dəQarabağ, Naxçıvan, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdəBakı Soveti qoşunları və daşnak erməni silahlıdəstələri 30 mindən çox azərbaycanlını qətləyetirmiş, 10 minlərlə insanı öz torpaqlarındanqovmuşlar.

1918-ci ildə Şamaxı ərazisində ermənisilahlı dəstələrinin törətdiyi qətliamlar bugünədək tam və hərtərəfli şəkildəaraşdırılmamışdır. Sovet hakimiyyəti illərindəbu cinayətlərin gizlədilməsi məqsədilə bir çoxilkin mənbələrin məhv edilməsi hadisələrinbütün təfərrüatlarının üzə çıxarılmasınıçətinləşdirmişdir. Tədqiqatçılarınhesablamalarına əsasən, Şamaxıda 7 minəyaxın insan, o cümlədən 1653 qadın və 965 uşaq xüsusi amansızlıqla qətlə yetirilmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladəİstintaq Komissiyasının araşdırmaları göstərirki, Şamaxı qəzasında mövcud olan 120 kənddən 86-sı erməni silahlı qüvvələrininhücumlarına məruz qalmışdır.

XX əsrin 90-cı illərindən etibarən yerlialim və tədqiqatçılar da Şamaxı hadisələrinədair geniş araşdırmalar aparmışlar. Təxminənyüzə yaxın şahidin ifadələri əsasında müəyyənedilmişdir ki, erməni silahlı birləşmələri Şamaxışəhərində 14–16 min nəfəri, onun 40 kənd vəobasında isə 6–8 min insanı qəddarcasınaqətlə yetirmişdir. Bundan əlavə, 18 mindənartıq insan öz doğma yurdlarını tərk etməyəməcbur olaraq didərgin düşmüşdür.

1918-ci ildə Quba şəhərində və ətrafbölgələrdə erməni-bolşevik silahlı dəstələrinintörətdiyi qırğınlar zamanı 2900-dən çox dincsakin öldürülmüşdür. Ümumilikdə isə Qubaqəzasında 4000-dən artıq insan həyatınıitirmiş, 122 kənd tamamilə məhv edilmiş, 2750-dən çox ev yandırılaraq dağıdılmışdır.

Qubada aşkar edilən kütləviməzarlıqlar bu faciələrin miqyasını və törədilənvəhşiliyin dərəcəsini açıq şəkildə nümayişetdirir. Tapılan insan qalıqlarında güllə izlərininolmaması onların əsasən küt alətlərlə – baltavə xəncərlərlə qətlə yetirildiyini göstərir. Bəzisümüklərdə müşahidə edilən mismar izləri isəinsanların xüsusi işgəncə ilə öldürüldüyünüsübut edir.

1917-ci ilin noyabrında Oktyabrinqilabı nəticəsində Rusiyada baş verən dövlətçevrilişindən sonra Qafqaz cəbhəsindən geriçəkilən rus qoşunlarının silahlarını ələ keçirənerməni silahlı dəstələri türklərə vəazərbaycanlılara qarşı genişmiqyaslı qırğınlarhəyata keçirməyə başlamışdırlar. Bu hadisələrxüsusilə İrəvan quberniyası ərazisində dahageniş vüsət almışdır.

1918-ci ilin əvvəlindən etibarənerməni silahlı birləşmələri İrəvan qəzasında32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazidqəzasında 7 və Sürməli qəzasında 75 kəndidağıdaraq ümumilikdə 198 yaşayışməntəqəsini məhv etmiş, minlərlə dincazərbaycanlını qətlə yetirmişdir. Azərbaycanlıəhalinin öz tarixi torpaqlarından zorlaçıxarılması və kütləvi şəkildə məhv edilməsiİrəvanda qurulmuş erməni hakimiyyətininplanlı və məqsədyönlü soyqırımı siyasətinintərkib hissəsi idi. 1920-ci ilə qədər davam edənbu qətliamlar nəticəsində İrəvanquberniyasındakı azərbaycanlı əhali ya fizikiolaraq məhv edilmiş, ya da doğmayurdlarından didərgin salınmışdır.

Azərbaycan xalqına qarşı törədilmişbu faciələrin unudulmaması və dünyaictimaiyyətinə çatdırılması məqsədilə Ümumilli Liderimiz Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin sənədə əsasən, 31 mart tarixi rəsmi şəkildə “AzərbaycanlılarınSoyqırımı Günü” kimi qeyd olunmağabaşlanmışdır.

Bundan əlavə, Fərmanın icrasını dahasistemli və məqsədyönlü şəkildə təmin etməküçün 30 mart 1999-cu ildə Heydər Əliyev tərəfindən xüsusi tədbirlər planıtəsdiqlənmişdir. Bu plana uyğun olaraq, elmi-tədqiqat işləri genişləndirilmiş, yeni tarixi faktlarüzə çıxarılmış, beynəlxalq təşkilatlarlaəməkdaşlıq gücləndirilmiş və faciənin dünyamiqyasında tanıdılması istiqamətində mühümaddımlar atılmışdır.

“Azərbaycanlıların soyqırımıhaqqında” Fərmanın imzalanması buistiqamətdə elmi-tədqiqat fəaliyyətlərinə yenitəkan verdi. Tarixi mənbələr sistemli şəkildətoplanaraq təhlil edildi, müxtəlif elmi vəpublisistik əsərlər qələmə alındı, həmçininmövzuya dair materiallar xarici dillərə tərcüməolunaraq beynəlxalq ictimaiyyətə təqdim edildi.

2007-ci ilin aprel ayında Quba şəhərstadionunda aparılan təmir və qazıntı işlərizamanı kütləvi məzarlıq üzə çıxarıldı. Aparılmış tibbi ekspertiza və antropolojiaraşdırmalar nəticəsində 500-dən artıq insankəlləsi müəyyən edildi ki, onların 50-dən çoxuuşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Elmi nəticələr bu insanların 1918-ci ildəQubada törədilmiş soyqırımının qurbanlarıolduğunu təsdiqlədi.

Bu tarixi faktların beynəlxalqictimaiyyətə çatdırılması, milli yaddaşınqorunması və qurbanların xatirəsininəbədiləşdirilməsi məqsədilə Prezident İlhamƏliyev 30 dekabr 2009-cu ildə xüsusiSərəncam imzalayaraq Qubada “Soyqırımımemorial kompleksi”nin yaradılması barədəqərar verdi.

Memorial kompleks 2012–2013-cü illərdə Quba şəhərində, Qudyalçayın sol sahilində inşa olunmuş və 18 sentyabr 2013-cü ildə istifadəyə verilmişdir. Ümumi sahəsi 3,5hektar olan bu kompleks beş hissədənibarətdir.

Dövlətimiz ermənilərin törətdiyi bucinayətləri siyasi müstəvidə də dünyaictimaiyyətinə çatdırılması istiqamətində ardıcılfəaliyyət göstərir. Prezident İlham Əliyev QubaSoyqırımı Memorial Kompleksinin açılışızamanı çıxışında bu hadisələrin dərindənöyrənilməsinin vacibliyini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, 1918-ci ilin mart–iyulaylarında erməni silahlı dəstələri Azərbaycanındemək olar ki, bütün bölgələrində dinc əhaliyəqarşı kütləvi qırğınlar törətmiş, qısa müddətərzində on minlərlə insan bu faciələrinqurbanına çevrilmişdir.

Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan dövləti tarixi həqiqətlərinunudulmaması, onların beynəlxalq aləmdətanıdılması və gələcək nəsillərə çatdırılmasıistiqamətində məqsədyönlü siyasət həyatakeçirir. Bu baxımdan, 18 yanvar 2018-ci ildəPrezident İlham Əliyevin imzaladığı “1918-ci ilazərbaycanlıların soyqırımının 100 illiyihaqqında” Sərəncam xüsusi əhəmiyyət kəsbedir.

1918-ci ildə erməni-bolşevik silahlıdəstələrinin xalqımıza qarşı törətdiyi bufaciələr tariximizdə dərin iz buraxmışdır. Bu hadisələrin araşdırılması, yeni faktların üzəçıxarılması və dünya ictimaiyyətinəçatdırılması dövlətimizin prioritetistiqamətlərindən biridir.

Bu tarixi faktların gələcək nəsillərəötürülməsi və beynəlxalq səviyyədətanıdılması hər bir azərbaycanlının üzərinədüşən mühüm vəzifələrdəndir. Soyqırımıqurbanlarının xatirəsi daim ehtiramla yadedilməli, belə faciələrin bir dahatəkrarlanmaması üçün tarixi yaddaşqorunmalıdır.

Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə 44 günlük Vətənmüharibəsində əldə olunan şanlı Qələbənəticəsində ölkəmizin ərazi bütövlüyü bərpaedilmişdir. Bu qələbədən sonra azad olunmuşərazilərə xarici diplomatların, beynəlxalqtəşkilat nümayəndələrinin və digər qonaqlarınsəfərlərinin təşkili erməni vandalizminin dünyaictimaiyyətinə çatdırılması üçün yeni imkanlaraçmışdır. Dövlətimiz bu imkanlardan səmərəliistifadə edərək, törədilmiş cinayətlərəbeynəlxalq hüquqi və siyasi qiymətin verilməsiistiqamətində fəaliyyətini davam etdirir.

Ziyafət Əsgərov,
Azərbaycan RespublikasıMilli MəclisininSədr müavini

Seçilən
6
2
sia.az

10Mənbələr