AZ

Ukraynada özəl HHM bölmələri fəaliyyətə başlayıb

Ölkə ərazisində özəl hava hücumundan müdafiə bölmələri fəaliyyətə başlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Mixail Fedorov Telegram kanalında bildirib.

O söyləyib ki, Ukrayna hakimiyyəti hazırda özəl sektoru hava hücumundan müdafiə sisteminə cəlb etmək üçün pilot layihə həyata keçirir və bu, artıq ilkin nəticələr verir: “Özəl hava hücumundan müdafiə sistemi artıq fəaliyyətdədir. İlk nəticələr düşmən hədəflərinin ələ keçirilməsidir”.

Fedorov qetd edib ki, bir özəl şirkəti öz hava hücumundan müdafiə qrupunu yaradıb: “Xarkov vilayətindəki bu bölmə bir neçə dron vurmağı bacarıb. Eyni zamanda, oxşar bölmələr daha 13 Ukrayna müəssisəsində yaradılır. Hazırda bütün qruplar müxtəlif hazırlıq mərhələlərindədir. Bəziləri artıq döyüş tapşırıqlarında iştirak edir, digərləri təlimləri davam etdirir, başqaları isə hazırlıqlarını tamamlayır və tezliklə Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsində iştirak etməlidirlər”.

Müdafiə naziri həmçinin məlumat verib ki, özəl bölmələr artıq Ukrayna Hərbi Hava Qüvvələrinin vahid komandanlıq və idarəetmə sisteminə inteqrasiya olunub: “Onlar silah alır, hərbi koordinasiya altında fəaliyyət göstərir və ümumi hava məkanından müdafiə sisteminin bir hissəsinə çevrilirlər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
48
herbiand.az

1Mənbələr