AZ

Fuceyra limanı hədəfdə - İrandan xəbərdarlıq

İran Birləşmiş Ərəb Əmirliyinə növbəti dəfə xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, əgər BƏƏ ABŞ-ın hava və raket hücumlarında iştirakını davam etdirərsə, eləcə də kəşfiyyat qüvvələrinə ev sahibliyini və İsrailə dəstəyini sürdürərsə, İran cavab addımı atacaq.

Mənbənin sözlərinə görə, bu halda İran BƏƏ-nin Fuceyra limanını və Hörmüz boğazından kənara neft ixracında mühüm rol oynayan əsas boru kəmərini hədəfə ala bilər.

Qeyd edək ki, Fuceyra limanı regionda strateji əhəmiyyətə malik obyektlərdən biri hesab olunur və Körfəz ölkələrinin neft ixracında mühüm rol oynayır.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr