AZ

Ağstafada Azərbaycanlıların Soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Ağstafada 31 Mart – Azərbaycanlıların Soyqırımına həsr olunmuş tədbir keçirilib

"Unikal" xəbər verir ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil edilən tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ariz Qədiməliyev ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasətindən söz açaraq bildirib ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazılmışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında”  imzaladığı Fərmanla soyqırım ilk dəfə dövlət səviyyəsində qeyd edilməyə başlayıb.

Əməkdar müəllim İndira Vəliyeva, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəliova, rayon üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov mövzuya dair geniş məruzələrlə çıxış edib, 31 Mart Soyqrımı Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi bu cinayətləri kəskin tənqid ediblər. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılması əhəmiyyətinin vacibliyi xüsusi ilə vurğulanıb.

Seçilən
22
unikal.az

1Mənbələr