AZ

Fransada yanacağın bahalaşmasına etiraz edən yük maşını sürücüləri yolu bağlayıblar

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paris, 31 mart, AZƏRTAC

Fransada yanacaq qiymətlərinin kəskin artımına etiraz edən yük maşını sürücüləri bu gün səhər tezdən Nantes şəhərinin dairəvi yolunda toplaşıblar.

AZƏRTAC xəbər verir ki, onlar hökumətdən daha geniş və birbaşa maliyyə dəstəyi tələb edirlər.

Aksiya çərçivəsində təxminən 30 yük maşını və furqon şəhərin şərqində yerləşən “Pont de Bellevue” körpüsü üzərində dayanaraq, hər iki istiqamətdə nəqliyyatın hərəkətini ləngidib. Etiraz “Organisation des transporteurs routiers européens” (OTRE) təşkilatının çağırışı ilə təşkil olunub. Sürücülərin bir qismi “Tezliklə yanacağı kreditlə alacağıq?” yazılmış plakatlar nümayiş etdirib.

Somür şəhərində fəaliyyət göstərən nəqliyyat şirkətinin rəhbəri Tomas Bizyen bildirib ki, artan xərclər onların fəaliyyətinə ciddi təsir edir: “Marşrutları optimallaşdırmağa, məsafələri azaltmağa çalışırıq. Amma bu vəziyyət davam etsə, bəzi yük maşınlarını dayandırmaq məcburiyyətində qala bilərəm”.

Təşkilat gün ərzində aksiyaya qoşulan nəqliyyat vasitələrinin sayının 50-yə çatacağını proqnozlaşdırır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
6
azertag.az

7Mənbələr