Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan tarixinə nəzər salsaq görərik ki, son 200 il ərzində erməni millətçiləri özlərinin məkrli siyasəti, heç bir tarixi əsasa sığmayan uydurma “böyük Ermənistan” yaratmaq ideyalarını gerçəkləşdirmək məqsədilə misli görünməmiş cinayətlər törədib, soydaşlarımıza qarşı etniktəmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov söyləyib.
O bildirib ki, ermənilərin bu məkrli niyyətləri və əməlləri beynəlxalq hüququn ən kobud şəkildə tapdalanması ilə bərabər, eyni zamanda, dünya tarixində erməni şovinizminin nə qədər qəddar və amansız olduğunun daha bir sübutudur. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. On minlərlə insan itkin düşüb, soydaşlarımızın əmlakları qəddarlıqla talan edilib.
Vüsar İsmayılov qeyd edib ki, Azərbaycan tarixində ermənilər tərəfindən törədilmiş bu cür qətliam faktları daim ciddi araşdırılmalı, təhlil edilməli, gələcək nəsillərə ötürülməli, maarifləndirmə və təbliğat işləri ciddi şəkildə aparılmalıdır. Çünki hazırda dünyada informasiya müharibəsi sürətlə yayılıb və xalqımızın haqq səsi, tapdalanmış hüquqları dünya ictimaiyyətinə ən dolğun və aydın şəkildə çatdırılmalıdır. Bütün dünya bəşəri cinayətlər törədən erməni millətçilərinin və onların havadarlarının əsl simasını unutmamalıdır. Dünyada dezinformasiyanın yayıldığı indiki dövrdə Azərbaycan haqq səsinin eşidilməsi işini bundan sonra da uğurla davam etdirməlidir.
“Tarixi həqiqətlərimizin dünyaya çatdırılması kimi olduqca əhəmiyyətli və taleyüklü missiyanın əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncamı bu istiqamətdə dövlətimiz tərəfindən atılan mühüm addımlardandır”, - deyə V.İsmayılov vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.