AZ

Rasim Balayevin yerinə təyinat nə vaxt olacaq?

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin 40 mərasimindən sonra baş tutacaq.

Hafta.az APA-ya istinadla xəbər verir ki, o vaxta kimi təşkilatı məsələlərlə bağlı heç bir addım atılmayacaq:

“Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katiblik həll edir. Qırx mərasimindən sonra təşkilatı addımlar atılacaq və nizamnaməyə görə sədri ümumi qurultayda seçiləcək”, - AKİ-dən bildirilib.

Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.

Seçilən
32
11
hafta.az

10Mənbələr