AZ

Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən 01 aprel 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının buraxdığı, AZİR-ə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslanan dəyişən faizli (floating rate) istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.

Kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1586,22 (bir min beş yüz səksən altı manat 22 qəpik) manat təşkil edir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində uğurla baş tutmuşdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
44
marja.az

10Mənbələr