“Azercell Telekom” MMC-də “Prezident” vəzifə adı “Baş icraçı direktor” (CEO) ilə əvəz edilib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.
Bildirilib ki, Cəmiyyətin nizamnaməsinə edilmiş dəyişiklik 3 iyul 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb və nəticədə şirkətdə “Prezident” vəzifə adı “Baş icraçı direktor” (CEO) ilə əvəz olunub.
Şirkətin gündəlik fəaliyyəti və işlərin idarəedilməsi, onu təmsil etmək səlahiyyətinə malik qanuni təmsilçi qismində çıxış edən və təkbaşına icra orqanı olan Baş icraçı direktor tərəfindən həyata keçirilir.
"Bununla bağlı əlavə struktur dəyişikliyi baş verməyib",- deyə məlumat qeyd edilib.