ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bizə hərbi dəstək verməkdən imtina edən dövlətlərin maraqlarını qorumaq niyyətində deyilik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media hesabında yazıb.
O, Hörmüz Boğazı ilə bağlı əməliyyatda iştirak etmək istəməyən dövlətlər üçün iki təklif təqdim edib:
“Böyük Britaniya kimi ölkələr, İranla bağlı hərbi əməliyyata qatılmaqdan çəkinənlər, birinci növbədə ABŞ-dan neft almalıdır, çünki bizdə ehtiyatlar kifayət qədərdir.
İkinci variant isə belədir: cəsarətinizi toplayın, boğaza gedin və öz ehtiyacınızı özünüz təmin edin. ABŞ sizə həmişə kömək etməyəcək, necə ki, siz bizə kömək etmədiniz. Gedib öz neftinizi özünüz alın”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.