AZ

"Barselona" Jerar Martinlə müqaviləyə hazırlaşır

"Barselona" müdafiəçisi Jerar Martinlə müqavilə yeniləmək niyyətindədir.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda 24 yaşlı müdafiəçi ilə danışıqlar aparır.

Yeni sözləşmənin müddətinin 2031-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir. Tərəflər ortaq məxrəcə gəlməyə yaxındır.

Xatırladaq ki, cari mövsüm bütün turnirlədə 41 matça çıxan Martin 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə indiki müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Toğrul

Seçilən
12
1
fanat.az

2Mənbələr