AZ

ABŞ-nin müharibə naziri: “Qarşıdakı günlər həlledici olacaq, İran bunu başa düşür”

“Qarşıdakı günlər müharibənin taleyi üçün həlledici olacaq. İran bunu başa düşür”.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset martın 31-də keçirdiyi mətbuat konfransında deyib.

O söyləyib ki, Yaxın Şərqdəki münaqişədə növbəti günlər həlledici olacaq.

Nazir bildirib ki, İran Silahlı Qüvvələrində böyük sayda fərarilik halları qeydə alınıb.

“Bizim daha çox imkanlarımız var, onların isə daha az. Cəmi bir ay ərzində biz şərtləri müəyyən etdik, qarşıdakı günlər həlledici olacaq. İran bunu bilir və demək olar ki, hərbi baxımdan bununla bağlı heç nə edə bilməz”.

Pit Heqset vurğulayıb ki, əgər İran razılaşmaq istəməsə, ABŞ Müharibə Nazirliyi hərbi əməliyyatları daha intensiv şəkildə davam etdirəcək.

Nazirin sözlərinə görə, İranın yeni rejimi əvvəlki rejimdən daha ağıllı olmalıdır və ABŞ razılaşmaya getməyə hazırdır:

“Əgər İran ağıllıdırsa, onlar bir razılaşma əldə edəcəklər. Prezident Tramp blef etmir və geri çəkilmir. Bu barədə Xameneidən soruşa bilərsiniz”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
14
3
yenisabah.az

4Mənbələr