Rumıniya millisinin sükanı arxasında ciddi dəyişiklik gözlənilir.
Msport.az xəbər verir ki, Mirça Luçeskunun millidən ayrılacağı təqdirdə baş məşqçi postuna ən güclü namizədin adı bəlli olub.
Əfsanəvi futbolçu və mütəxəssis Georgi Haci bu vəzifə üçün əsas favorit hesab edilir. Milli komandada yeni bir nəfəs gətirmək istəyən federasiya rəsmiləri Hacinin təcrübəsindən və nüfuzundan yararlanmaq niyyətindədir.
Hazırda Luçeskunun vəziyyəti və Hacinin mümkün təyinatı Rumıniya futbol ictimaiyyətində geniş müzakirə olunur.