İranda SEPAH generalı Məhəmmədhüseyn Şadkami ABŞ-İsrail qüvvələrinin hücumları zamanı öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, Şadkami bir neçə gün öncə ABŞ-İsrail qüvvələrinin hücumları zamanı Tehranın Dəmavənd küçəsindəki evinə endirilən hava zərbəsində ailəsi ilə birlikdə öldürülüb.