AZ

Hindistanda əhalinin siyahıyaalınmasının vaxtı açıqlandı

Hindistan çərşənbə günündən etibarən dünya tarixinin ən əhatəli əhalinin siyahıyaalınması əməliyyatına başlamağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, təxminən bir il davam edəcək bu nəhəng işdə üç milyondan çox dövlət məmuru sahədə vəzifə icra edəcək.

Hindistan hökuməti tərəfindən 1,24 milyard dollar xərclə həyata keçirilən bu "milli əhəmiyyətli əməliyyat" iki əsas mərhələdən ibarət olacaq:

Birinci mərhələdə: Çərşənbə günü başlayıb sentyabr ayına qədər davam edəcək ilk mərhələdə mənzil strukturu və mövcud yaşayış imkanları qeydiyyata alınacaq. Bu prosesdə qapı-qapı ziyarətlərlə yanaşı, peyk dəstəkli və 16 dildə xidmət göstərən tətbiq vasitəsilə rəqəmsal bəyanat variantı da təqdim olunacaq.

İkinci mərhələdə: Əhalinin demoqrafik və iqtisadi göstəriciləri, habelə sosial status məlumatlarına diqqət yetiriləcək. Siyahıyaalmanın böyük hissəsi 1 mart 2027-ci il istinad tarixinədək tamamlanacaq.

Yeni siyahıyaalmanın ən diqqətçəkən və siyasi baxımdan həssas tərəfi min illik sosial iyerarxiyanı təmsil edən kast məlumatlarının toplanmasıdır. Hindistanda əhatəli kast məlumatları sonuncu dəfə 1931-ci ildə, Britaniya müstəmləkə dövründə toplanmışdı. 2011-ci ildə aparılan bənzər bir araşdırma isə məlumatlardakı uyğunsuzluqlar səbəbindən rəsmi olaraq yayımlanmamışdı.

Əhalisi 1,4 milyardı ötən ölkədə bu proses elektrik enerjisi, qida, su və mənzil kimi təməl ehtiyacların planlaşdırılması üçün "sübuta əsaslanan siyasət qurma" aləti kimi görülür. Xüsusilə meqapolislərdə yaşanan ətraf mühit çirkliliyi, su qıtlığı və plansız məskunlaşma problemlərinə həll yolları tapılması hədəflənir.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr