AZ

ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Video

Sumqayıt şəhərinin mərkəzi və qəsəbə küçələri hələ də suyun içində qalır...

Bizimesr.az-ın məlumatına görə, şəhərin su basmış hissələrində suyun təmizlənməsi hələ mümkün olmayıb. Şəhərin kanalizasiya sistemi tamamilə iflic vəziyyətdədir və buna cavabdeh şəxslər illərdir yığılıb qalan problemi həll etməyib.

Son yağışların yaratdığı acınacaqlı vəziyyət Sumqayıt şəhərinin kanalizasiya və su təchizatı məsələlərinə cavabdeh olan Sumqayıt Sukanal İdarəsi və onun rəisi Xalid Quliyevin laqeydliyini açıq şəkildə ortaya qoyur.

Məlumata görə, 2025-cü ildə Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üçün 41 milyon manat vəsait ayrılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında qeyd olunurdu ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. İşlərin dekabrın ilk günlərindən başlanılması və ilkin olaraq “Acı Dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması planlaşdırılıb.

Buna baxmayaraq, son yağışlardan sonra ortaya ciddi suallar çıxdı - Sumqayıt şəhəri hələ də suyun işindədir. ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 41 milyon manatı hara xərcləyib? Bu vəsait necə həzm olunub və hansı işlər görülüb?

Vəziyyət o həddədir ki, yağış dayansa belə iki gündən artıq Sumqayıt şəhərində suyun təmizlənməsi mümkün deyil. İctimaiyyət dövlət büdcəsindən ayrılan milyonların necə xərcləndiyini görə bilmir - ADSEA şefi Zaur Mikayılov, Sumqayıt Sukanal İdarəsi və rəisi Xalid Quliyev, bu suallara cavab verə biləcəkmi?

Məlumatlar göstərir ki, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması vəsaiti ayrılmasına baxmayaraq, şəhərdə su ilə bağlı problemlər hələ də həll edilməyib.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr