AZ

Budapeştdə Azərbaycanın qütblərarası dialoqun təşviqindəki rolundan danışılıb

Martın 31-də Macarıstanın paytaxtı Budapeşt şəhərində “Map of Power” adlı beynəlxalq konfrans təşkil olunub. Ludovika Dövlət Xidmətləri Universitetində (Ludovika University of Public Service) keçirilən tədbir müxtəlif ölkələrdən olan siyasətçiləri və analitikləri bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin prorektoru, milli vəkili Fariz İsmayılzadə “Çoxqütblü dünyada strateji güclər” adlı panel müzakirəsində çıxış edərək inkişaf diplomatiyası, regional əməkdaşlıq və orta güclərin artan rolu barədə ətraflı fikirlərini bölüşüb. O vurğulayıb ki, yeni qlobal nizamda çevik diplomatiya və əməkdaşlıq mexanizmləri dövlətlərin təsir imkanlarını genişləndirir.

Ekspert Azərbaycanın qlobal siyasətdə etibarlı tərəfdaş kimi mövqeyini vurğulayaraq, ölkənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin və regional logistika mərkəzinə çevrilməsinin strateji əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, Azərbaycanın qütblərarası dialoqun təşviqində, ölkələr arasında vasitəçilik səylərində və ümumilikdə beynəlxalq sülhə töhfə verən təşəbbüslərdə aktiv iştirak etdiyi vurğulanıb.

Panel iştirakçıları çoxqütblü dünyanın çağırışları və imkanları fonunda yeni güc balansının formalaşmasını geniş müzakirə ediblər.

Seçilən
21
2
azerbaijan-news.az

2Mənbələr