AZ

Ağdamda mağazada satıcıya xəsarət yetirilib

Ağdamda mağazada satıcı xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə ərazisində yerləşən ətriyyat mağazasında satıcı işləyən qadına kəsici alətlə xəsarət yetirilib.

O, Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
1
apa.az

5Mənbələr