AZ

Montella 5 futbolçunu iştirak ərizəsinə salmadı

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Türkiyə yığmasının bu gün Kosovoya qarşı keçirəcəyi mühüm qarşılaşmada itkiləri bəlli olub. "Football-plus.az" xəbər verir ki, baş məşqçi Vinçentso Montellanın qərarı ilə 5 futbolçu matçın iştirak ərizəsinə salınmayıb. Söhbət Merih Dəmirəl, Muhammed Şengezər, Oğuz Aydın, Ahmetcan Kaplan və Mustafa Eskihellaçdan gedir. Qeyd edək ki, yığma komandada aparıcı müdafiəçilərdən sayılan Merih düşərgəyə zədəli şəkildə gəlib. Onun iştirak ərizəsinə düşməməsi məhz zədə ilə bağlıdı. Təcrübəli futbolçu Rumıniya ilə oyunu da buraxmalı olmuşdu. Son iki məşqdə komandadan ayrı məşq etməli olan Dəmiralın Kosovo ilə oyuna qədər sağalacağı güman edilirdi. Amma bu ümidlər doğrulmayıb. Digər 4 futbolçu isə Montellanın qərarı ilə iştirak ərizəsinə düşməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
icma.az

2Mənbələr