AZ

Sefer Qaraqoyunlu: Martın 31 də törədilən hadisələr bəşəriyyətə qarşı cinayətdir

ain.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 31 mart, AZƏRTAC

1918-ci il martın 31-də Azərbaycanın Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran bölgələrində, eləcə də Türkiyənin Şərqi Anadolu ərazilərində minlərlə insanın qətlə yetirildiyi hadisələr tarixə insanlığa qarşı cinayət kimi düşüb. Bu soyqırımı təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilən bir cinayətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının mətbuat katibi və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Sefer Qaraqoyunlu deyib.

O bildirib ki, bu hadisələr mart ayında başlayaraq sentyabr ayına qədər davam edib.

Qaraqoyunlu keçmişi unutmamağın, onu dərk etməyin gələcəyi qorumaq baxımından vacibliyini vurğulayıb:“1905–1906, 1918–1920, 1948–1953 və sonrakı illərdə baş vermiş, eləcə də Xocalı hadisələrini unutmamalıyıq, şəhid və qazilərimizi rəhmət və minnətdarlıq hissi ilə yad edirik”.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
azertag.az

2Mənbələr