Azərbaycanda intensiz yağış səbəbindən bəzi yollarda fəsadlar əmələ gəlib, nəticədə onlarla avtomobilə ziyan dəyib, sürücülər maddi zərərə uğrayıb.
Normadan artıq yağan yağış bəzi yollarda fəsadlara da səbəb olub.
Nəticədə əmələ gələn çökmələr və çuxurlar sürücülər üçün sözün həqiqi mənasında tələ əmələ gətirib. Bir çox sürücünün avtomobili belə yollarda nasaz vəziyyətə düşüb.
Bəs, dəyən zərəri kim qarşılayacaq?
Qanuna əsasən, yolda yaranan çökmə, maneə və ya aiddiyyəti qurumun həll etmədiyi bir problem səbəbindən avtomobilə ziyan dəyirsə, bu halda zərəri həmin qurum qarşılamalıdır.
Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun üçün həmin sürücü aiddiyyəti quruma müraciət etməlidir.
Ekspert onu da qeyd edib ki, əgər zərərin qarşılanmasından imtina edilərsə, bu zaman vətəndaş məhkəməyə müraciət edə bilər. Əsas məsələ isə həmin problemə cavabdeh olan qurumu düzgün müəyyən etməkdir.