ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib.
Leqal.info xəbər verir ki, bu barədə o, “New York Post” qəzetinə müsahibəsində bildirib.
“Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”, – deyə Tramp qeyd edib.
O, eyni zamanda İranın “tam məhv edildiyini” deyib.
“Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Tramp vurğulayıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta