AZ

Onlar üçün ayrıca “Avroviziya” yaradıldı

 

Avropa Yayım Birliyi (EBU) “Avroviziya” yarışmasının 70 illik yubileyində yeniliyə imza ataraq, Asiya regionu üçün xüsusi müsabiqənin başlayacağını elan edib.

Sitat.info xəbər verir ki, əsas “Avroviziya” müsabiqəsi ilə paralel olaraq, 2026-cı ildə ilk dəfə “Eurovision Asia” mahnı müsabiqəsi keçiriləcək.

Bildirilib ki, layihəyə ev sahibliyi edəcək ilk şəhər isə Tailandın paytaxtı Banqkok olacaq. Yarışmanın böyük finalı 14 noyabr 2026-cı il tarixinə planlaşdırılıb.

İlkin məlumata görə, “Eurovision Asia 2026”da iştirak edəcək ilk 10 ölkə artıq dəqiqləşib. Bunlar Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tailand və Vyetnamdır. Təşkilatçılar yaxın aylarda iştirakçı ölkələrin siyahısının daha da genişlənəcəyini bildiriblər.

Xatırladaq ki, ənənəvi “Avroviziya 2026” mahnı müsabiqəsi isə Avropada – Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq. Yarışmanın yarımfinalları 12 və 14 mayda, final şousu isə 16 may 2026-cı ildə ölkənin ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək.

 

 
 
 
Seçilən
24
4
sitat.info

10Mənbələr