AZ

Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq - YENİLƏNİB

ABŞ və İsrailin İranla apardığı müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq.

"Far.Az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı deyib.

"Bu müharibəyə hər hansı bəhanə ilə hər cür müdaxilə təhlükəli nəticələrə səbəb olacaq", - o bildirib və əlavə edib ki, Aİ-nin ABŞ-İsrail cinayətləri qarşısında sükutu təəssüf doğurur və insan haqları iddialarına ziddir:

"Avropa ölkələri İrana qarşı pozucu yanaşma əvəzinə, öz siyasətlərini beynəlxalq hüquq əsasında tənzimləsinlər".

Martın 31-də Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Yaxın Şərqdəki təhlükəli vəziyyət fonunda gərginliyin azaldılmasına və təmkinli olmağa çağırış edib.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bu barədə A.Koşta sosial şəbəkələrdə yazıb.

"Yaxın Şərqdəki hazırkı vəziyyət son dərəcə təhlükəlidir. Bu gün prezident Pezeşkianla telefon danışığında mən təkidlə gərginliyin azaldılmasına və təmkinli olmağa, mülki əhalinin və infrastrukturun qorunmasına, eləcə də bütün tərəflərin beynəlxalq hüquqa tam riayət etməsinə çağırış etdim. Günahsız insanların həlak olması dərin təəssüf hissi doğurur", - A.Koşta qeyd edib.

Vəziyyətin gərginliyin azaldılması üçün Aİ Şurasının prezidenti İranı region ölkələrinə qarşı yolverilməz hücumları dayandırmağa və xüsusən də Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin etmək üçün BMT çərçivəsində diplomatik səylərdə fəal iştirak etməyə çağırıb.

Seçilən
10
6
far.az

8Mənbələr