AZ

Dünyanın ən təhlükəsiz ölkələri: Azərbaycan neçəncidir?

Terror təhlükəsi səviyyəsinə görə ölkələrin reytinqində Azərbaycan bir çox Avropa ölkəsindən, ABŞ-dan və Fars körfəzi dövlətlərindən aşağıda yer alır. Respublika 100 ölkə arasında 93-cü yerdədir.

Pakistan, Burkina Faso və Niger ən təhlükəli ölkələr kimi tanınıb. Suriya, İsrail və digərləri də ən təhlükəli 10 ölkə arasında yer alıb. Əfqanıstan 11-ci, Hindistan 13-cü, Rusiya 17-ci, İran 18-ci və Misir 32-ci yerdədir. Qərb ölkələri də daha az təhlükəsiz ölkələr sırasında yer alıb: ABŞ 28-ci, Almaniya 29-cu, Fransa 35-ci və İsveçrə 67-ci yerdədir.
Azərbaycanın qonşuları aşağıdakı kimi sıralanıb: Türkiyə 36-cı, Gürcüstan 77-ci və Ermənistan 81-ci yerdədir. Çin 54-cü, BƏƏ isə 68-ci yerdədir. Belarus, Cənubi Afrika, Şimali Koreya, Orta Asiya ölkələri və bir neçə Afrika ölkəsi Azərbaycandan daha təhlükəsiz kimi tanınıb.

GTI hesabatında qeyd olunur ki, dini, siyasi, milli və digər zəmində terror təxribatları təhlükəsinin yüksək olduğu bir bölgədə mürəkkəb geosiyasi mövqeyinə baxmayaraq, Azərbaycan son illərdə uğurlu daxili və xarici siyasəti, təmin edilmiş inkişaf və sabitlik, eləcə də təhlükəsizlik orqanlarının terrorizmə qarşı mübarizədə səmərəli işi sayəsində dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə malikdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
64
editor.az

1Mənbələr