28-31 mart tarixlərində Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümünün sonuncu – 20-ci turu keçirilib.
Offsideplus.az xəbər verir ki, “A” və “B” qruplarında oynanılan matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
A qrupu
- “Şəki” – “Gəncə” – 73:84
- “Neftçi” – NTD – 93:83
- “Sabah” – “Abşeron Lions” – 105:72
B qrupu
- “Quba” – “Naxçıvan” – 96:103
- “Sərhədçi” – “Sumqayıt” – 93:89
- “Ordu” – “Lənkəran” – 107:65
Qeyd edək ki, reqlamentə əsasən müntəzəm mövsümü “A” qrupunda ilk üç pillədə başa vuran “Sabah”, “Abşeron Lions” və “Neftçi” klubları, həmçinin “B” qrupunun qalibi “Ordu” klubu birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
1/8 final mərhələsində isə aşağıdakı qarşılaşmalar keçiriləcək:
- “Naxçıvan” – “Sərhədçi”,
- “Gəncə” – “Lənkəran”,
- “Quba” – “Şəki”,
- “Sumqayıt” – NTD.
1/8 final seriyalarında ilk iki qələbə qazanan komandalar 1/4 finala yüksələcək. Oyunlara aprel ayında start veriləcək.