AZ

AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb.

AzNews.az xəbər verir ki, bunu Gununsesi.info-ya uzun illər AZAL-da pilotu kimi çalışan bir qrup şəxs bildirib.

Onların sözlərinə görə, uçuşlardan kənarlaşdırılmalarına səbəb AZAL-ın Türkiyədən və başqa ölkələrdən işə pilot götürməsidir.

“Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib”,- deyən pilotlar əlavə ediblər ki, milli kadrları müxtəlif bəhanələrlə uçuşlardan kənarlaşdırırlar.

Seçilən
34
aznews.az

1Mənbələr