Qadın güləşi üzrə U17 milli komandamız Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.
Apasport.az xəbər verir ki, aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.
Milli komandanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində bütün yeniyetmə güləşçilər üçün ustad dərsi keçib. O, masterklassda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.
Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.
Dünya çempionatı Bakıda keçiriləcək
Güləşçimiz Avropa çempionu olub
Güləş üzrə ölkə çempionatı başa çatıb
Millimiz Avropa çempionatını 3 medalla başa vurub
Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşib