Zaqatalada baş verən qəzada şəhid atası xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər Zaqatala rayon Yuxarı Tala kənd sakini - 1990 -cı il təvəllüdlü Kərimov Əziz Müsail oğlu və rayonun Muxax kənd sakini Mahmudov Ramazan xəsarət alıblar.
Qeyd edək ki,qəza zamanı xəsarət alan "VAZ-2107-nin sürücüsü Ramazan Mahmudov şəhid Natiq Mahmudovun atasıdır.
Seymur Əli