ain.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da mənzil qiymətlərinin artımı zəifləyir.
Banco.az xəbər verir ki, “S&P Dow Jones Indices” yanvar ayına dair milli mənzil qiymətləri indeksi üzrə məlumatları açıqlayıb.
Məlumatlara əsasən, ABŞ-da milli mənzil qiymətləri indeksi yanvar ayında illik müqayisədə 0,9 faiz artıb.
Bu dövrdə mənzil qiymətlərində artım tempinin zəiflədiyini göstərən indeks ötən ilin dekabr ayında illik 1,1 faiz yüksəlmişdi.
ABŞ-ın 20 şəhəri üzrə mənzil qiymətlərini əks etdirən indeks isə yanvar ayında 1,2 faiz artım qeydə alıb.
İndeks üzrə bazar gözləntiləri ötən ilin dekabr ayındakı kimi 1,4 faizlik artım olacağı istiqamətində idi.
İndeksdə yer alan 20 şəhər arasında yanvar ayında mənzil qiymətlərinin illik əsasda ən çox artdığı şəhər Nyu-York olub. Nyu-Yorkda bu dövrdə mənzil qiymətləri illik müqayisədə 4,9 faiz artıb.
Nyu-Yorkdan sonra mənzil qiymətlərinin ən çox artdığı şəhərlər 4,6 faizlə Çikaqo və 3,6 faizlə Klivlend olub.
Eyni dövrdə mənzil qiymətlərinin ən çox azaldığı şəhər isə 2,5 faiz geriləmə ilə Tampa kimi qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.