Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın dövlət borcu sürətlə artır.
Banco.az xəbər verir ki, Almaniyanın ümumi dövlət borcu ötən il 144 milyard avro artaraq 2,84 trilyon avroya çatıb.
Almaniya Mərkəzi Bankı (Bundesbank) ölkənin ümumi dövlət borcuna dair 2025-ci il üzrə məlumatları açıqlayıb.
Məlumatlara əsasən, ölkənin ümumi borcu ötən il 144 milyard avro artaraq 2,84 trilyon avroya yüksəlib.
Bu artımla birlikdə, sözügedən borcun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 62,2 faizdən 63,5 faizə qalxıb. Beləliklə, Almaniya Avropa İttifaqının (Aİ) Maastrixt meyarlarında nəzərdə tutulan 60 faizlik həddi ardıcıl altıncı dəfə aşmış olub.
Borclanmanın artımında əsas pay federal hökumətin üzərinə düşüb. Büdcədənkənar fondlar da nəzərə alındıqda, federal hökumətin öhdəlikləri ötən il 107 milyard avro artıb. Bu göstərici 2024-cü ildə qeydə alınmış 36 milyard avroluq artımın təxminən üç qatına bərabərdir.
Eyni zamanda, federal əyalətlərin borcu 19 milyard avro, bələdiyyələrin borcu isə 25 milyard avro artıb. Sosial təminat fondlarının borcu isə 3 milyard avrodan 7 milyard avroya yüksələrək iki dəfədən çox artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.