Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, aprelin 1-dən sentyabrln 1-dək Kür çayı, Sarısu gölü, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovu mümkün olmayacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2 iyun 2017-ci ildən Azərbaycanda bir sıra su obyektlərində müxtəlif zaman aralıqlarında balıq ovu qadağan edilib.
Belə ki, bütün il boyu aşağıdakı yerlərdə balıq və digər su bioresurslarının sənaye ovu qadağandır:
Kür çayının mənsəbinin qarşısındakı sahələrdə: çayın mənsəbinin sağ sahilindən Cənub-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər düz xətt üzrə 9 km-lik məsafədə, çayın mənsəbinin sol sahilindən Şimal-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu kənar nöqtələrdən orta dəniz ləpədöyəni ilə Xəzər dənizinin dərinliyinə doğru 7 km-lik sahədə;
dəniz ləpədöyənindən Kür çayından əsas qolun (Bala Kür) ayrıldığı ərazilərə kimi, Sabirabad rayonunun Bala Həşimxanlı kəndindən Varvara SES-in bəndinə qədər olan sahədə;
Araz çayında su anbarı istisna olmaqla bütün çay boyu;
su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək ərazilərdə.Həmçinin, aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:
Sıra
№-si
Balıqçılıq və su obyektləri
Ov alətləri
Ova icazə verilən müddətlər
1
2
3
4
Xəzər dənizində (gölündə)
1.
Axçalı və siyənək balıqlarının ovu
dayanan nevodlar
yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
2.
Axçalı və siyənək balıqlarının ovu
axçalı balıq torları
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
3.
Gəmilərlə kilkə ovu
konus tor, müxtəlif dərinlikli pelagik tral və nasoslar
yanvar ayının 1-dən may ayının 1-nə qədər və iyun ayının 1-dən dekabr ayının 31-nə qədər
4.
Siyənək və axçalı balıqların ovu
siyənək torları
fevral ayının 1-dən may ayının 1-nə qədər
5.
Sahil kilkəsinin ovu
dayanan nevodlar
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 15-dən dekabr ayının 31-nə qədər
6.
Kefal və digər axçalı balıqların ovu
cibli kefal torları
yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
7.
H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhədlərinə qədər olan sahilboyu ərazilərdə siyənək və axçalı balıqların ovu
atılan nevodlar
mart ayının 1-dən aprel ayının 15-nə qədər
8.
Xərçəng və krevet ovu
venterlər
iyul ayının 1-dən noyabr ayının 1-nə qədər
Kür çayında
9.
Axçalı balıqların ovu
atılan nevodlar və üzən çay torları
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
10.
Kür çayının əlavə sularında axçalı balıqların ovu
üzən çay torları
yanvar ayının 1-dən mart ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
11.
İlanbalığının ovu
venterlər
yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
Göllərdə
12.
Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu
axçalı balıq torları və venterlər
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
Su anbarlarında
13.
Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu
axçalı balıq torları və venterlər
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
14.
Mingəçevir, Araz və Varvara su anbarlarında xərçəng və krevet ovu
venterlər
iyul ayının 1-dən noyabr ayının 1-nə qədər
Meliorativ kollektorlarda
15.
Axçalı balıqların ovu
dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq torları
yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
16.
İlanbalığının ovu
venterlər
yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
17.
Krevetlərin ovu
venterlər
iyul ayının 1-dən noyabr ayının 1-nə qədər
Digər su obyektlərində
18.
Göl qurbağasının ovu
domca
may ayının 15-dən iyul ayının 30-na qədər və sentyabr ayının 1-dən noyabr ayının 1-nə qədər
Aşağıdakı ərazilərdə və müddətlərdə balıq və digər su bioresurslarının sənaye balıq ovu qadağandır:
Şabran limanını dəniz ilə birləşdirən mənsəbyanı sahədə hər iki tərəfə 1 km, dənizin içərisinə doğru 2 km-lik ərazidə yanvarın 1-dən avqustun 15-nə kimi;
Kür çayının qadağan sahəsinin şimal sərhədindən Sabirabad rayonunun Bala Həşimxanlı kəndinə qədər olan sahədə aprelin 1-dən mayın 31-nə kimi;
Böyük Qızılağac körfəzinin sahələrində: Kür dilinin cənub qurtaracağından Kiçik Qızılağac körfəzinin suburaxma kanalının sərhədinə qədər olan ərazilərdə mayın 1-dən 31-nə kimi;
Kiçik Qızılağac körfəzinin balıqkeçirici kanalından 1 km şimala və 1 km cənuba, habelə dənizin içərisinə doğru 3 km ərazilərdə fevralın 1-dən mayın 1-nə kimi.
Vətəgə əhəmiyyətli balıqların minimum ölçüləri (santimetrlə):
Balığın növü
Dənizdə
Kürdə və daxili su hövzələrində
Bölgə
180
165
Nərə
105
105
Uzunburun
110
90
Sıf
43
Çəki
40
Kütüm
35
Xramulya
24
Kefal
24
Şamayı
19
Şirbit
52
Çapaq
26
Külmə
17
Xəşəm
41
Qarasol
17
Qarabel siyənək
20
Şişqarın siyənək
14
Kür qızılbalığı
76
Adi kilkə
6
İrigöz və ançousabənzər kilkə
7
Vətəgə ölçülərinə çatmamış balıq növlərinin ovuna yol verilən norma həddi:
atılan nevod və üzən torlarla vətəgə ölçülərinə uyğun gəlməyən axçalı balıqların miqdarı, bir dəfə tor süzüldükdən sonra ümumi ovun 8 faizindən, qurma axçalı balıq torları ilə ov zamanı 15 faizindən, dayanan nevod, venter, karava və tələ quruluşu digər ov alətləri ilə ov zamanı 40 faizindən, kilkə nevodları ilə ov zamanı 50 faizindən çox olmamaqla ovuna yol verilir;
gəmilərlə kilkə ovunda ov alətlərinə düşən (konus tor və nasoslar) siyənək və digər axçalı balıqların miqdarının ovun 0,3 faizindən çox olmasına yol verilmir. Dayanan nevodlarla və gəmilərlə kilkə ovunda vətəgə ölçülərinə uyğun gəlməyən kilkələr ümumi ovun 20 faizindən çox olmamalıdır;
ov alətlərinin ölçüləri (millimetrlə);
alətlər
Maksimum uzunluğu (m)
Tələquruluşlu ov alətlərində istifadə olunan torların gözünün ölçüləri (mm)
Axçalı və siyənək balıqlarının, habelə göl qurbağasının ovunda istifadə edilən ov alətlərinin (torların) gözünün ölçüləri (mm)
çəpərdə
qazanda və qollarda
enli hissə
ensiz hissə
1
2
3
4
5
6
7
Axçalı balıq torları
25
-
-
-
-
30x30 - 60x60
Siyənək torları
25
-
-
-
-
42x42 - 44x44
Dayanan nevodlar (axçalı və siyənək balıqlarının ovu üçün)
1000
40x40-
45x45
36x36-
44x44
-
-
-
Dayanan nevodlar (sahil kilkəsinin ovu üçün)
1000
6,5x6,5
6,5x6,5
-
-
-
Karavalar
25
40x40-
45x45
36x36-
44x44
-
-
-
Venterlər (axçalı balıqların ovu üçün)
25
40x40-
45x45
32x32-
40x40
-
-
-
Venterlər (ilanbalığının ovu üçün)
1
-
6,5x6,5
-
-
-
Venterlər (xərçəng ovu üçün)
5
12x12
12x12
-
-
-
Venterlər (krevet ovu üçün)
32,5
6,5x6,5
6,5x6,5
-
-
-
Konus tor (gəmilərlə kilkə ovu üçün)
5
-
6,5x6,5
-
-
-
Müxtəlif dərinlikli pelagik tral (gəmilərlə kilkə ovu üçün)
15
-
8x8-
10x10
-
-
-
Kefal ovu üçün cibli torlar
350
-
-
300x 300
40x40-
50x50
-
Üzən torlar
235
-
-
-
yazda-
35x35, payızda və qışda-
55x55
-
Atılan nevodlar
400,5
yazda və yayda
50x50, payızda və qışda
40x40
yazda və yayda- 35x35, payızda və qışda -
30x30
-
-
-
Domca (göl qurbağasının ovu üçün)
-
-
-
-
-
25x25
Atılan nevodların bütün növlərində hər bir köməkçi qolların, yaxud dəhlizin uzunluğu, həmin ov alətlərinin qollarının və ya çəpərinin uzunluğunun üçdə birindən çox olmamalıdır.Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.