AZ

Oyun zamanı Türkiyə millisinin baş məşqçisinin halı pisləşdi xəstəxanaya aparıldı

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin U-21 milli komandası Avro-2027-nin seçmə mərhələsinin 6-cı turu çərçivəsində səfərdə Xorvatiyanın qonağıdır.

Sportal.az xəbər verir ki, matçın 36-cı dəqiqəsində qonaqların baş məşqçisi Egemen Korkmazın halı pisləşib.

Hakimə sərt şəkildə etiraz edən 43 yaşlı mütəxəssis bir anda yerə yıxılıb. Baş məşqçiyə meydanda ilkin tibbi yardım göstərilib. Bundan sonra Korkmaz təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hakim oyunu dayandırıb və futbolçular paltardəyişmə otağına yollanıblar.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
28
sportal.az

10Mənbələr