AZ

Abbas Əraqçı Stiv Uitkoffla birbaşa təmasların olduğunu açıqladı

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birbaşa təmasların bərpa olunduğunu bildirib.Metbuat.az xəbər verir ki, bu barədə o, "Al Jazeera"ya müsahibəsində danışıb.

"Əvvəlki kimi Uitkoffdan birbaşa mesajlar alıram. Lakin bu, danışıqlar apardığımız anlamına gəlmir. Bu, sadəcə birbaşa və ya regiondakı dostlarımız vasitəsilə mesaj mübadiləsidir", - deyə Əraqçı qeyd edib.

Seçilən
29
metbuat.az

1Mənbələr