AZ

Fidel Kastronun nəvəsi Kuba hakimiyyətini tənqid edib

Sandro Kastro ABŞ ilə razılaşmanın ölkə iqtisadiyyatı üçün vacib olduğunu bildirib...

Poliqon xəbər verir ki, Kuba inqilabının lideri Fidel Kastronun nəvəsi Sandro Kastro ölkə hakimiyyətini tənqid edərək ABŞ ilə razılaşmanın vacibliyini vurğulayıb. O, CNN telekanalına müsahibəsində bildirib ki, Kubada bir çox insan artıq kapitalist düşüncə tərzinə meyllidir.

Sandro Kastro qeyd edib ki, əhalinin böyük hissəsi həm kapitalizmi, həm də ölkənin suverenliyini qorumağı istəyir və onların əksəriyyəti kommunizm əvəzinə kapitalist sistemə üstünlük verir. O, həmçinin Kuba prezidenti Migel Dias-Kanelin fəaliyyətini tənqid edərək onun ölkəni effektiv idarə etmədiyini bildirib.

Kastro hesab edir ki, ABŞ prezidenti Donald Trampla mümkün razılaşma Kubanın iqtisadiyyatında köklü dəyişikliklərə səbəb ola bilər və ölkənin inkişafına yeni imkanlar aça bilər. Onun sözlərinə görə, belə bir addım Kuba iqtisadiyyatını “inqilabi şəkildə” dəyişə bilər.

33 yaşlı Sandro Kastro Kubada tanınmış simalardan biri hesab olunur. O, Havanada gecə klubunun sahibidir və eyni zamanda sosial şəbəkələrdə aktiv influenser kimi fəaliyyət göstərir.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr