AZ

Türkiyə 24 il sonra tarix yaza bildi

Türkiyə millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin final mərhələsində Kosovo ilə qarşılaşıb. Metbuat.az xəbər verir ki, “Fadil Vokrri” stadionunda baş tutan qarşılaşma Vinçenso Montellanın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. 45+1-ci dəqiqədə Kərəm Aktürkoğlu fərqlənib.

Beləliklə, Türkiyə millisi 24 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Sonuncu dəfə 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın ev sahibliyi etdiyi mundialda iştirak edən və turniri üçüncü pillədə başa vuran Türkiyə yığması, həmin tarixdən bəri bu yarışdan kənarda qalıb.

Seçilən
14
1
metbuat.az

2Mənbələr